Bakıda bir məktəblinin bazarlığı azı 70 manatdan başlayır
(4-09-2018, 11:34)

Bakıda bir məktəblinin bazarlığı azı 70 manatdan başlayırBakının metrostansiyalarının çıxışlarında məktəbli yarmarkaları təşkil olunub. Bu yarmarkalara yerli icra hakimiyyəti orqanları nəzarət edir və yarmarka satıcıları deyirlər ki, alıcıların sayı artıb. Onlar axşam 11 radələrinə qədər işləyirlər. Çünki iş günlərində günorta saatlarında yarmarkaya gələ bilməyənlər olur.

Qanun-namine.info AzEuroNews.com istinadən xəbər verir ki, yarmarkalarda qiymətlər “Sədərək” bazarından ciddi şəkildə fərqlənmir. Yəni, qiymətlər münasibdir və çox uzağa getmək lazım deyil.

Əgər övladınıza məktəbli ləvazimatlarını almaq istəyirsinizsə, metronun “Gənclik”, “Nərimanov”, “Neftçilər”, “Koroğlu” və s. stansiyalarından çıxıb bazarlıq edə bilərsiniz.

Məktəbli çantaları 7 manatdan 45 manata qədərdir. Qələmlər 10 qəpikdən 1 manata qədər qalxır, dəftərlər də 12 vərəqli 10 qəpik, 96 vərəqli isə 90 qəpikdir.


Ən çox alınan 40 vərəqli dəftərlər 38-40 qəpik, 60 vərəqli dəftərlər 60-75 qəpik, rəsm albomları isə 1,5-2 manat civarındadır.

Rəngli karandaşlar, flamasterlərin qiyməti isə 1-3 manat arasında dəyişir. Karandaş və qələm qabları 3-7 manatadır.


Məktəblilər üçün su qabları 9-13 manatdır. Qız və oğlan uşaqları üçün fərqli rəngdə və üslubda olmasıyla seçilən belə su qablarının qiyməti materialına əsasən fərqlidir. Qablar dəmir, plastmas və şüşədəndir. Ən baha olanlar dəmir qablardır.

Satıcılar danışırlar ki, əsas pul məktəbli çantasına gedir. Onların sözlərinə görə, ümumilikdə məktəbli bazarlığı ən azı 70 manata başa gəlir.

Ona görə də valideynlər 100 manatla yarmarkalara, bazarlara çıxmalıdırlar ki, rahatlıqla istədiklərini ala bilsinlər. Bu da minimum əmək haqqını nəzərə alsaq, çox ciddi rəqəmdir.


Çünki hər ailədə bir uşaq məkətəbə getmir. O halda azı 2 uşağın məktəbli bazarlığı 150-200 manat civarında dəyişir.

Təbii ki, bu məbləğə məktəbli forması daxil deyil. Onu da əlavə etsək, sentyabrın 15-ni valideynləri “bayramı” hesab etmək olar.

Qeyd edək ki, satış çadırları 25 sentyabra qədər fəaliyyət göstərəcək. Hər şeydən qabaq isə məktəbli çantasının yox, başın dolu olmasıdır…


Ana səhifəyə qayıt
    Oxunub: 9222

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac