Dövlətdən oğurlanan milyonlar
(25-02-2019, 14:20)

Dövlətdən oğurlanan milyonlarLerik rayonundan Milli Məclisi təmsil edən deputat İqbal Məmmədov elektrik sayğaclarını dayandırmaq üçün yeni qurğu "icad" etmişdir. Həmin antenalı qurğu 5-10 metr məsafədən elektrik sayğacının fəaliyyətini dayandırır.

İqbal Məmmədova məxsus Lerik rayonunda "Kaspi-Yıldız" MMC müştərək müəssisəsi elektrik enerjisindən oğurluq etdiyinə görə 06.02.2019-cu il tarixdə həmin müəssisəyə "Azərişıq" ASC əməkdaşları tərəfindən baxış keçirilərkən sözügedən qurğu aşkarlanaraq götürülmüş və müəssisəyə 62.000 (altımış iki min) manat cərimə aktı tərtib olunmuşdur.

Eyni zamanda Qaradağ rayonu ərazisində deputat İqbal Məmmədova məxsus daş karxanasında da (Xəlilov Rəcəbin adınadır) həmin hal müşahidə edilmiş, 07.02.2019-cu il tarixdə "Azərişıq" ASC tərəfindən 37.000 (otuz yeddi min) manat cərimə aktı tərtib olunmuş və qurğu götürülmüşdür.

Redaksiyamıza daxil olan digər məlumata görə Millət vəkilinə məxsus obyektlərdən götürülmüş elektrik sayğaclarının fəaliyyətini dayandırmaq gücünə malik olan antenalı qurğular hal-hazırda "Azərişıq" ASC-nin nəzarət departamentinin direktoru Nahid Sultanovun kabinetində saxlanılır. Daxil olan digər məlumata görə bu məsələlərin ictimailəşməməsi üçün deputat dərhal hərəkətə keçmiş, belə ki, 20.02.2019-cu il tarixdə "Kaspi-Yıldız" MMC-yə 31.000 (otuz bir min) manat, daş karxanası üçün isə 17.000 (on yeddi min) manat vəsait ödəmişdir. Başqa əldə etdiyimiz məluma görə isə deputat həmin qurğuları geri almaq istəyir.

P.S. Necə olur ki, 15-20 manat vətəndaşın borcu olanda işığı kəsilir, bu qədər bocu olan müəssisənin isə heç işıqları belə kəsilməyib? Düşünməyə dəyər. Araşdırmamız davam edir.

Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.

Qanun-namine.info


Ana səhifəyə qayıt
    Oxunub: 14703

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac