Başçının katibəsi yandırdı və "özü də yandı"
(27-03-2019, 15:51)

Başçının katibəsi yandırdı və "özü də yandı"Redaksiyamıza daxil olan məlumata görə martın əvvəllərində Lerik rayonunda müəmmalı yanğın hadisəsi baş vermişdir. Belə ki, rayon sakini Nəzərov Zaur Azad oğlunun evini Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun katibəsi işləyən Əsədullayeva Günay İlham qızı tərəfindən od vurularaq yandırılmışdır. Rayon Polis Şöbəsində özgənin əmlakına külli miqdarda ziyan vurulma maddəsi ilə cinayət işi başlanılmışdır. "Dükanın tozlu" olduğunu görən İcra başçısı bu hadisədən dərhal sonra Günayı tutduğu vəzifəsindən azad etmişdir.
Baş vermiş bu müəmmalı hadisədən ortaya suallar çıxır. Nə üçün katibə Zaurun evini yandırıb? O kimə və nəyə arxayın olub ki, belə bir hadisəni törədib? Katibə İcra başçısının göstərişini yerinə yetirib yoxsa, özü bilərəkdən bu addımı atıb? və s. Göründüyü kimi bu və ya digər suallar ortaya çıxır. Redaksiya olaraq əsl həqiqətin üzə çıxmasında araşdırmamızı davam etdirəcəyik. Bizi izləyin.
Yazıda adları çəkilən şəxslərin mövqelərini dinləməyə hazırıq.

Qanun-namine.info


Ana səhifəyə qayıt
    Oxunub: 9657

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac