Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər
(15-04-2019, 17:46)

Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlərRedaksiyamıza Cəlilabad rayon İncilli kənd sakini Cəfərova Mirxədicə Mirəhməd qızı tərəfindən daxil olmuş şikayət məktubunda bildirilir ki, o, Sabirabad rayon Şəhriyar kənd sakini Əliyev Elsevər Azad oğlu ilə nigahda olmuş və nigahdan bir qız övladı dünyaya gəlmişdir. Bir müddət sonra sözügedən tərəflər boşanmış, uşağı isə atası anasına verməmişdir. Tərəflər arasında da mübahisə bundan sonra başlamışdır. Belə ki, uşağın anası ərizə ilə aidiyyatı üzrə Sabirabad rayon Məhkəməsinə müraciət etmişdir. İşə hakim Füzuli Pənahovun sədrliyi ilə 06 sentyabr 2018-ci il tarixdə baxılmış və uşağın atasından alınaraq anasına təhvil verilməsi haqda qərardad çıxarılmışdır. Bu qərardaddan bir neçə ay keçməsinə baxmayaraq heç bir nəticə hasil olmayıb və məhkəmə qərarı icra edilməyib. Sonradan məlum olub ki, uşağın atası Əliyev Elsevər Azad oğlu üç yaşlı körpə ilə Xəzər rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda xalasının evində yaşayır. Ona görə aidiyyatı üzrə Xəzər rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmə 10 dekabr 2018 ci ildə Elsevərin Xəzər rayon Məhkəməsinə məcburi gətirilməsi haqda qərardad çıxarmışdır. Qərardad icra olunmuş, belə ki, Əliyev Elsevər Xəzər rayon Məhkəməsinə gətirilmiş və hakim Tərlan Əkbərovun otağında bir neçə saat saxlanmış, hakimlə cavabdeh arasında olan və bizə məlum olmayan "söhbət və anlaşmanın" nəticəsi olaraq Dövlətin adından verilən qərardad icra edilmədən, yəni uşaq anasına təhvil verilmədən Əliyev Elsevər sərbəst buraxılmışdır. Xəzər rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Teymur Bayramovun dediyinə görə elə həmin gündən Elsevər deyilən bu şəxs "yağlı əppəyə" dönüb yoxa çıxmışdır. Onu da deyək ki, Xəzər rayon İcra və Probasiya şöbəsi Əliyev Elsevər Azad oğlunun inzibati məsuliyyətə cəlb edilməsi haqda həm Xəzər rayon Polis şöbəsinə, həm də Sabirabad rayon Polis şöbəsinə rəsmi məktubla müraciət etmişdir. Təəssüflər olsun ki, hər iki rayonun Polis şöbəsinin əməkdaşları bu günə qədər bu barədə heç bir iş görməmişlər.
P.S. Əminik ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədovun və Daxili İşlər Naziri cənab Ramil Usubovun şəxsi göstərişləri nəticəsində qısa zaman ərzində Cəfərova Mirxədicə Mirəhməd qızının iddiası tam təmin olunmaqla öz balasına qovuşacaqdır.
Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər
Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər

Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər
Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər

Dövlət orqanları üç yaşlı körpənin taleyinə biganədirlər

Qanun-namine.info


Ana səhifəyə qayıt
    Oxunub: 4611

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac