Bir sahibkarın fəryadı
(10-05-2019, 12:31)

Bir sahibkarın fəryadıRedaksiyamıza Yevlax şəhərindən Nizami Həsənov adlı sahibkar imdad dolu məktubla müraciət etmişdir. Belə ki, o uzun illər "Kolanı-İnşaat" MMC-ni yaratmaqla dövlət sifarişi əsasında binaların, obyekt və istirahət mərkəzlərinin keyfiyyətli tikintisini aparmış, bir çoxlarından isə gördüyü zəhmətinin haqqını ala bilməmişdir. Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva inşa etdiyi bir neçə obyektlərin açılışında iştirak etmişlər. Prezidentin 2011-ci il 11 yanvar tarixli sərəncamı ilə Nizami Həsənova "Əməkdar mühəndis" fəxri adı da verilmişdir. Aşağıda məktubu olduğu kimi dərc edirik.
"Mən müəssisə rəhbəri kimi 2004-cü ildən Yevlax şəhərində, 2011-ci ildən isə Gəncə şəhərində mülki, sənaye və dövlət əhəmiyyətli binaları tikib istifadəyə vermişəm. Yevlax şəhərində H.Əliyev mərkəzi, H.Əliyev parkı, H.Əliyev sarayı, H.Əliyev prospekti, Müstəqillik parkı, S.Vurğun parkı, C.Mustafayev küçəsi və digər obyektlər rəhbərlik etdiyim müəssisə tərəfindən tikilib istifadəyə verilmişdir. Gəncə şəhərində isə Qoşa Qalanın, Uşaq Yaradıcılıq mərkəzinin, Nizami muzeyinin, Asan Xidmət binasının, H.Əliyev Mərkəzinin, H.Əliyev parkının, Amfi teatrın, Gəncə Dövlət Filarmoniyasının və bir neçə obyektlərin tikinti və bərpasını yerinə yetirmişəm.
Hal-hazırda isə müflis bir vəziyyətdə olduğum üçün müəssisəm dağılmaq üzrədir. Sual oluna bilər ki, niyə? Çünki, bu görülən işlərin əvəzində işlətdiyim materialların və kollektiv uzvülərinin əmək haqlarını verə bilmirəm. Yuxarıda sadaladığım işlərin hamısı Yevlax və Gəncə şəhərlərində İcra başçısı işləmiş Elmar Vəliyevin göstərişi ilə yerinə yetirilmişdir. Nəticədə Yevlax şəhərində görülən tikinti-quruculuq işlərinin 1.700.000 manatı, Gəncə şəhərində isə gördüyümüz tikinti-quruculuq işlərindən 2.900.000 manat vəsait müəssisəmizə ödənilməmişdir. Bir daha bəyan edirəm ki, bütün bu görülən işlər sabiq İcra başçısı Elmar Vəliyevin tapşırıq və göstərişi əsasında həyata keçmiş, dəyəri isə ödənilməmişdir..."

P.S. Məsələni nəzarətdə saxlamaqla araşdırmamızı davam etdiririk.

Qanun-namine.info


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac