Kəlbəcər 108 saylı məktəbdə nələr baş verir?
(13-05-2019, 18:37)

Kəlbəcər 108 saylı məktəbdə nələr baş verir?Redaksiyamıza bir qrup valideyin və müəllim Kəlbəcər rayon 108 saylı məktəbin (Bakı ş. Suraxanı rayon ərazisində yerləşir) direktoru Hüseynova Bəsti Əvəz qızından şikayətə gəlmişdilər. Otuz ildən artıq pedaqoji sahədə stajı olan Hacıyeva Rəşxəndə İsa qızının iddiasına görə direktora "vaxtlı-vaxtında pul" vermədiyi və o cümlədən 14 saatlıq dərsinin 10 saatının əlindən alındığına etiraz etdiyi üçün işdən kənarlaşdığını bildirdi. "Məktəbdə dərs keçirilmir. 10 və 11-ci sinifin şagirdləri ümumiyyətlə məktəbə gəlmirlər. Çünki onlardan haqq alınır. O cümlədən uşaq birliyi, psixoloq, laborant, bədən tərbiyəsi də dərsə gəlmirlər. Müəllimlərdən saat hesabı pul yığdırır". Valideyinlərdən Əhmədova Gülmirə 3 uşağının həmin məktəbdə oxuduğunu və dərs keçilmədiyi üçün məktəbə getmədiklərini dedi. Digər valideyin Sadiqova Səadət 2 uşağının orda oxuduğunu və dərs keçilmədiyi üçün o da uşaqlarının evdə qaldığından şikayətçi idi. "Oğlum fəal uşaqdı. Sınaq imtahanına 2 manat pul istədiyi və verə bilmədiyim üçün buraxılmıb..."
P.S.Mövzu ilə əlaqədar direktor Hüseynova Bəsti Əvəz qızı ilə telefon əlaqəsi yaratsaq da o bizi axıra qədər dinləməyərək telefonu qapatdı və sonrakı bir neçə zənglərimizə isə cavab belə vermədi. Onu da deyək ki, müəllim və valideyinlər redaksiyada olduğları müddətdə bir neçə şəxs və direktorun özü belə "xahiş" zəngləri etdilər. Növbəti yazımızda movzuyla bağlı geniş yazı verməklə "xahiş" zənglərinin səs yazılarını da təqdim edəcəyik.

Qanun-namine.info


Ana səhifəyə qayıt
    Oxunub: 18531

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac