Yaşıllıqlara qənim kəsilənlər
(31-05-2019, 16:57)

Yaşıllıqlara qənim kəsilənlərBir gün bir qoca kişi Məhəmməd Peyğəmdərdən (s) soruşur: Ömrümün axırına az qalıb, nə edim ki, haqq olan o dünyaya daha çox savab aparım? Peyğəmbər cavab verir: Ağac ək. Ətrafdakılardan biri soruşur ki, savab yükümüzün bir az da ağır gəlməsi üçün daha nə edək? Peyğəmbər eyni cavabı verir: Ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin, ən böyük savab ondadır.
Təəssüflər olsun ki, ekoloji problemlər məngənəsində çabalayan dünyamızın bu gün daha çox yaşıllığa ehtiyacı var. Amma buna qənim kəsilənlərin sayı da günbəgün artır. Belə ki, Dövlət başçımızın birbaşa tapşırığı və səyi nəticəsində respublikanın, o cümlədən şəhərin mərkəzində yaşıllıq zolaqları, parklar salınır. Təbii ki, bu işlərin görülməsində büdcədən külli miqdarda vəsait də xərclənir. Təəssüflər olsun ki, bu işlərə aidiyyatı olan məsul qurumlar öz vəzifələrinə laqeyd yanaşırlar. Dediklərimizi əyani sübut etmək üçün hörmətli oxucularımızı və aidiyyatı qurumların əməkdaşlarını paytaxtımızın Nəsimi rayonu 20 yanvar küçəsi ilə Mir Cəlal küçəsinin arasında yerləşən (240 saylı orta məktəbin arxası) Cənab Prezidentin sərəncamı ilə salınmış parka baxış keçirməyə dəvət edirik. Parkdakı ağacların quruması adi hal alıb. Redaksiyamızı bilgiləndirən mənbənin verdiyi məlumata görə ağaclar üzərində həyata keçirilən bu "soyqırım" bəzi işbazlar tərəfindən həyata keçirilir. Yəqin ki, adı çəkilən ərazidə kimlərinsə könlünə yeni ticarət obyektlərini inşa etmək düşüb. Parkda diqqətimizi cəlb edən digər mühüm məsələ isə ondan ibarətdir ki, orada qoyulmuş daş lövhənin üzərindəki yazıların silinməsidir. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə adı çəkilən lövhədə bu cümlələr yazılıbmış: "Bu park Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin göstərişi ilə salınmışdır".
Bu işlərə məsul olan şəxslərin, xüsusən də Nəsimi rayon İcra hakimiyyətinin mövqeyi bizim üçün maraqlıdır. Araşdırmalarımız davam edir.
Yaşıllıqlara qənim kəsilənlər
Yaşıllıqlara qənim kəsilənlər
Yaşıllıqlara qənim kəsilənlər
Yaşıllıqlara qənim kəsilənlər
Yaşıllıqlara qənim kəsilənlər

Qanun-namine.info


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac