Mən həyatımı bu dövlətə fəda etmişəm, haqq-ədaləti də dövlətin başçısından istəyirəm
(24-06-2019, 13:10)

Mən həyatımı bu dövlətə fəda etmişəm, haqq-ədaləti də dövlətin başçısından istəyirəmYazaraq bildirmək istəyirəm ki mən illər boyu dövlətimizin mənə verdiyi imtiyazlardan şərəflə istifadə etmişəm və bu günə qədər əmək və müharibə veteranlarına aid olan bütün dövlət tədbirlərində hörmətlə yer alıram.ALLAH razı olsun. Heydər Əliyev hələ 1972-ci ilin sentyabr ayında dünyaya gələn 5-ci övladımla 1 otaqlı mənzildə yaşadığımızdan məlumatlanan kimi bizi 4 otaqlı evlə təmin olunmağın tapşırığını vermişdi.Həmçinin dövlətimizin əmək və müharibə veteranlarına,1-ci dərəcəli əlillərə olan xüsusi diqqət və hörməti sayəsində ailə vəziyyətimin ağır olmasını nəzərə alaraq mənə 1990-cı ilin noyabr ayında hazırkı Sabunçu rayon,Bülbülə gölü ərazisində bostançılıq məqsədi ilə 12 sot yer ayrılmışdır.Və bu ərazi illərlə mənim istifadəmdə olmuşdur.Sahə yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yerləşdiyindən bu sahələrdə hər hansı bir tikintinin aparılmasına qadağalar qoyulmuşdur.Lakin aidiyyatı orqanların məsuliyyətsizliyi ucbatından zaman-zaman mühafizə zolaqlarında yerlər zəbt edilmiş və qanunsuz evlər inşa olunmuşdur.Bu evlərdən 2-si də mənim bağ sahəmə müdaxilə olunmaqla tikilmişdir.İllər sonra məlum olmuşdur ki Sabunçu RİH 14 fevral 1999-cu il tarixində qəsəbəmizdə torpaq alqı-satqısı ilə məşğul olan Baxşıyeva Şamamanın adına yaşayış evi tikmək üçün yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında qanunsuz olaraq 6 sot yer ayırmışdır.Bunun nəticəsi olaraq mənim sahəmdən geridə qalan 5,2 sot yer qalmışdır ki mən 2013-ci ildə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək haqqımın bərpa olunmasını istəmişəm.12 avqust 2013-cü il tarixli 2-1(82)-1555/13 saylı məhkəmə qərarı ilə yerdə qalan 5,2 sot sahənin planı və ölçüsünün hazırlanması Azərbaycan Respublikasının o zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunmuşdur.Mən də öz növbəmdə sözü gedən orqana müraciət edərək sahəmin plan və ölçüsünü almışdım. Əlavə olaraq nəzərinizə çatdırım ki bütün qonşular Baxşıyeva Şamamanı torpaq alqı-satqısı makleri kimi tanıyırlar.Daha çox sənədsiz torpaqların alqi-satqısı ilə məşğul olsa da qanunsuz yolla aldığı 6 sot torpağı 1 sot birinə,1,5 sot digərinə satmışdır. 2016-cı ilin dekabr ayında sözü gedən sahəni hasarlamaq üçün 1 kamaz daş almışdim.Daş sahəyə töküldükdən bir-neçə müddət sonra Bakı Apellyasiya Məhkəməsindən mənə aid olan Dövlət Kadastrı kitabında 23 noyabr 2013-cü il tarixli,36091 nömrə ilə uçota alınan A№ 477795 seriyalı Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi üçün iddianın olduğuna aid məhkəmə bildirişi almışam.Mən də öz növbəmdə eyni zamanda Apellyasiya məhkəməsinə müraciət edərək qarşı tərəfin ilkin sənədlərini əldə edib 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Baxşıyeva Şamamaya yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında verilən 6 sot sahəyə verilən sərəncamın ləğvi iddiasını vermişəm.Apellyasiya məhkəməsinə VƏSADƏT verərək ilkin sənədin ləğvi üçün verdiyim iddianın prosesləri tamamlananadək işin dayandırılmasını tələb etsəm də məhkəmə vəsadəti qəbul etməmişdir. Bütün proseslərdə mübahisəsi gedən sahədən bir qədər aralı və o ərazidə ilk dəfə ev tikib yaşayan qonşularım iştirak edərək mübahisəsi gedən torpaq sahəsinin mənə aid olduğuna həm də notariat qaydada şahidlik etmişlər.Proseslərdə biz tərəfdən təqdim olunan və mənə məxsus olan sahənin görüntüləri olan video görüntülər və foto şəkillər dəlil kimi baxılmamışdır.Apellyasiya məhkəməsi yerlərin üst-üstə düşüb-düşmədiyini öyrənmək üçün ekspertiza təyin etmiş.Lakin biz müdaxilə edərək “sahələrin üst-üstə düşdüyünü bilirik,sahələrin ilkin sərəncama aid olan cizgilərə əsasən kimə aid olub-olmadığını aydınlaşdırmaq üçün ekspertizanın təyin olmasını təkid etdiyimizdə hakim Elmirə Nağıyeva 1-ci ekspertlər yerlərin üst-üstə düşdüyünü təsdiq edən rəy gəldikdən sonra 2-ci ekspertizanın olacağını söyləsə də ilk rəy gəldikdən sonra Baxşıyeva Şamamanın JN-1464 KOD 00500016 seriyalı,26.10.2001-ci il tarixli şəhadətnaməsini əldə tutaraq mənə verilən Torpaq sahəsinin planı və ölçüsünün ləğvi üçün qərar çıxartmışdır.Nəzərinizə çatdırmaq istəyirəm ki ekspertlərin verdiyi rəydə mübahisəsi gedən sahənin həqiqətən də yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yerləşdiyini qeyd etmişlər.Qonşum Vəliyeva Qizbəsə ayrılan torpaq sahəsi 1999-cu ilin may ayında verilmişdir,mübahisəsi gedən sahə Baxşıyeva Şamamaya aid olubsa niyə fevralda ona verilən sahə Vəliyeva Qızbəsə verilən sahənin cizgisində qonşu kimi qeyd edilməyib? Bu qədər faktların olması verilən sərəncamın saxta olmasına subut deyilmi? 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Etibar Müstafayev Sabunçu RİH tərəfindən verilən sərəncama aid olan torpaq cizgisinin mübahisəsi gedən yerə aid olub-olmadığını aydınlaşdırmaq üçün ekspert təyin etdi.Ekspertlər Baxşıyeva Şamamaya yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında verilən 6 sot sahəsinin cizgisinin kordinantlarını müəyyən edə bilmədiklərini təsdiq edən rəy vermişlər.Rəyi aldıqdan sonra hakim Etibar Müstafayev sərəncamın ləğvi iddiamı təmin etməmişdir. Hakimlər verilən rəylərə istinad etməyəcəklərsə nədən ekspertizalar təyin olunur? İlk gündən məlum olan məqamlara dayanaraq qərar qəbul olunursa niyə proseslər illərlə davam edir? Mən hələ də məhkəmə sistemindəki islahatların başlanmasına ümid edərək haqqımın bərpa olacağına inanıram.Əmək və Macarıstan inqilabının veteranı,1-ci dərəcəli əlil və canını ömrü boyu bu dövlətin abadlaşması və inkişafı üçün fəda etmiş qocaman bir azərbaycanlı vətəndaşı kimi hüqüqlarımın bərpa olunması üçün ciddi ölçülərin götürülməsini istəyirəm. Ailəmin,övladlarımın ( 1 əlil övladım var),nəvələrimin o torpağa ehtiyacı var.Hələ sağ ikən ömrüm boyu əldə etdiyim haqqlarımın bərpa olması üçün çapalayıram.Ədalətin bərpa olmasını istəyirəm. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Etibar Müstafayevin verdiyi qərardan Apellyasiya şikayəti versək də Apellyasiya məhkəməsinin hakimi İlham Əhmədov 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.Təəccüblü də olsa hakim İlham Əhmədov nədən bu günə qədər mülkiyyət sənədi əldə etməmədiyimi vurğulayaraq hər hansı bir saxtakarlığa əminiksə mülki deyil cinayət işinin açılması üçün aidiyyatı orqanlara müraciət etməyimi məsləhət vermişdir.Hakimlər məhkəməyə təqdim edilən ekspert rəylərinə,qonşuların notarial şahidliklərinə,sahənin mənə aid olduğunu sübut edən foto və video materiallara baxmayaraq,sadəcə qarşı tərəfin əlindəki şəhadətnaməni üstün tutduqları gülünc vəziyyət deyilmi?Mən haqli olaraq ilkin sərəncamın ləğvini tələb etmişəm,heç bir orqan yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yaşayış evi tikmək üçün sərəncam verə bilməz.Hakimlər tikinti qanunvericiliyindən xəbərsizdirlərmi?
21 iyun 2019-cu il tarixində Ali Məhkəməyə şikayət verdik.Lakin bütün bu məhkəmə proseslərində baş verən səhlənkarlıqların şahidi olduğumuzdan bundan sonrakı proseslərin nəzarətdə saxlanılmağını və işin Apelyassiya Məhkəməsinə təkrar baxılması üçün göndərilməyini,bu istiqamətdə nəzarətin olmasını tələb etmək haqqımın olduğunu düşünürəm . Mənə verilən sənədin ilkin cizgisində sahənin dəqiq kordinantları qeyd olunub,sözü gedən sahənin mənə verilən sahəyə aid olduğunu görmək üçün cizgiyə naturada olan sahədə baxmaq lazımdır ki,bunu məhkəmə hakimlərinə mən istiqamət verməməliyəm.Əgər ekspertlər Baxşıyeva Şamamaya verilən sahənin hara aid olduğunu müəyyən edə bilməmişlərsə ona verilən ilkin sərəncam ləğv edilməlidir.Çünki o sahə illər öncə mənə verilib və mənim mülkiyyət hüququm öncə təmin olunmalıdır. Əlimdə olan və qapşı tərəfə aid Sabunçu RİH 14 fevral 1999-cu il tarixində üçün yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında verdiyi sərəncamın,ona aid olan cizginin,3 ədəd şəhadətnamədə N.Məlikovun imzalarında gözə görsənən fərqli imzaların olmasıni,saxtakarlıq faktlarının olmasını nəzərə alaraq mənim hüquqlarımın bərpa olunması üçün ciddi tədbirlər görülməsini tələb edirəm.

Əliş Məmmədov


Ana səhifəyə qayıt
    Oxunub: 5568

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac