Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb
(1-07-2019, 11:57)

Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıbGöyçay rayonunda məmurlar kütləvi şəkildə işdən çıxmaq üçün ərizə yazırlar.

Qanun-namine.info Hefteaz.info-ya istinadən xəbər verir ki, Göyçay rayonunda 61 nəfər məmur vəzifədən çıxmaq üçün yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlayıb. İşdən çıxmaq üçün edilən kütləvi müraciətlərdə səbəb kimi səhhətlərində yaranan problem olduğunu bildirsələr də, əldə etdiyimiz başqa bilgiyə görə, kütləvi işdənçıxmaların səbəbi Göyçay rayon İcra Hakimiyyətinin başçısının idarəçiliyi ilə bağlıdır.

Belə ki, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, kənd bəldiyyə sədrləri başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmasına səbəb, icra başçısı Mehdi Səlimzadənin onlardan küllü miqdarda rüşvət tələb etməsidir. Məlumat üçün onu da qeyd edək ki, ərizə yazılma prosesi haqda prezident aparatına məlumat verilib.Hefteaz.info-nun əldə etdiyi ərizənin surətlərinin bir qismini sizə təqdim edirik:
Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb
Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb
Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb
Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb


Ana səhifəyə qayıt
    Oxunub: 8787

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac