Əslində, müstəntiq kimi müdafiə edir?
(26-07-2019, 11:19)

Əslində, müstəntiq kimi müdafiə edir?Redaksiyamıza Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsi 24 ünvanında yaşayan Yaşar Südeyif oğlu Babayev tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Belə ki, şikayətçinin sözlərinə görə 2016-ci ilin dekabrında Məhəmmədi qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Sadiq Səfər oğlu Kərimovdan 15 sot torpaq sahəsi alıb:
"Mənə həmin torpaq sahələrinə mənsub olan Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 0204826 15 iyul 2013-ci il tarixdə Daşınmaz Əmlak üzərində hüquqların Azad Əsgər oğlu Əsgərovun adına qeydiyyata alınmış Çıxarış və Abşeron rayon ərazi idarəsinin 054108 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədlərinin sürətin təqdim edərək mənə 9600 manata satdı. Həmin torpaq sahəsini yaxın qohumum Fikrətin vasitəsi ilə 2016-ci ildə onunla bir yerdə işləyən özünə fərdi yaşayış evi tikmək istəyən Aygün İbrahimovaya satmışdım. Razılaşma əsasında Aygün İbrahimovadan 15 min manat pul almışam və həmin məbləğin 9600 manatını Sadiq Səfər oğlu Kərimova ödəmişəm. Aygün xanım İbrahimova mənim ona satdığım torpaq sahəsində özünə fərdi yaşayış evi tikərkən Oqtay adlı şəxs ortaya çıxaraq 15 sot torpaq sahəsinin ona məxsus olduğunu bildirib.
Suraxanı rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq mənə qarşı edilmiş cinayətin araşdırılaraq təqsirləndirilən şəxs və ya şəxslərin əməllərinə hüquqi qiymət verilmsinə müvafiq orqanlardan xahiş etmişəm. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Nizami Üsnəddin oğlu Məhərrəmov şikayətim əsasında toplanmış materialları nəzərdən keçirilərək Cinayət Məcəlləsinin 178.2.4- cü(külli miqdarda dələduzluq) maddəsi ilə 170100420 nömrəli cinayət işi başladı. Müstəntiq Sadiq Səfər oğlu Kərimov barəsində istintaqdan yayındığı üçün barəsində axtarış elan olunduğunu bildirdi”.Y.Babayev yazır ki, müstəntiq Sadiq Kərimovun barəsində axtarış işi başlandığını bildirdikdən sonra onları dəfələrlə bir yerdə görüb:
"Lakin istintaq şöbəsinin müstəntiqi polis mayoru Nizami Məhərrəmov Sadiq Kərimovla günorta yeməyi yedikdən sonra hansısa maddi- maraq xatirinə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verməkdən qərəzli olaraq yayınmağa başladı. şikayət ərizəm əsasında 7 sentyabr 2017-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsi tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayətin Sadiq Kərimov tərəfindən törədilməsi tam sübuta yetirilir, özü də etiraf edərək, vurduğu zərəri ödəyəcəyini bildirir. Lakin Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov cinayət işinin istintaqını tam və hərtərəfli aparmır, şifahi və yalan məlumatlar əsasında cinayət işinin icraatını əsassız dayandırır. Şikayət etdikdən sonra təzələyir, mənə yalandan Sadiq Kərimov barəsində axtarış işi başlandığını deyir. Lakin Sadiq Kərimov azadlıqda rahat gəzir, hətta tez-tez mənimlə qarşılaşır”.
Şikayətçinin sözlərinə görə 8 iyun 2019-cu il tarixdə axtarışda olan təqsirləndirilən şəxs və Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmov Suraxanı RPİ-nin qarşısında avtomobilə əyləşərək birlikdə harasa getmələrini şahidi olub:
"Mən müstəntiqə zəng edib, bu barədə soruşduqda isə təqsirləndirilən şəxsi Bakı Şəhər Prokurorluğuna apardığını bildirdi. Ona mənim də Bakı Şəhər Prokurorluğuna gedəcəyimi dedikdə isə müstəntiq mənə zarafat etdiyini bildirdi. Qeyd edilənləri nəzərə alaraq, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xaric edilməsi, təqsirləndirilən şəxslə cinayət əlaqəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, istintaqın vaxtında və qanuna müvafiq aparılması, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə CPM -ə uyğun tədbirlər görülməklə, cinayət işinin məhkəmə verilməsinə kömək etməyinizi xahiş edirəm”.
Suraxanı RPİ-nin İstintaq Şöbəsi tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə 7 sentyabr 2017-ci il tarixdə başlanılan cinayət işi 29 iyun 2019-cu il tarixdə elə müstəntiq Nizami Məhərrəmov tərəfindən işə xitam verilərək başlanmış cinayət işinin ləğv edilməsi haqda qərar çıxarmışdır. Şikayətçi Yaşar Babayev müstəntiqin verdiyi qərardan narazı qalaraq Suraxanı rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Rayon Prokurorluğunda vətəndaşın şikayət məktubu araşdırıldıqdan sonra müstəntiq Nizami Məhərrəmov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29.06.2019-cu il tarixli qərar əsassız olduğundan, 18.07.2019-cu il tarixdə ləğv edilərək, cinayət işinin əlavə istintaqı aparılması üçün Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir.
Yaşar Babayev ərizəsində onu da bildirmişdir ki, ona pul atan həmin şəxslər haqqında Abşeron və Nərimanov rayon Polis İdarələrində də cinayət əməlləri haqda bir neçə vətəndaş şikayətləri daxil olmuşdur.
P.S. Hörmətli oxucular! Yuxarıda vətəndaş Yaşar Babayevin Suraxanı rayon Polis İdarəsinin müstəntiqi, Polis mayoru Nizami Məhərrəmov haqqındakı iddialarının həqiqətə yaxın olması, müstəntiqin verdiyi qərarın rayon Prokurorluğu tərəfindən ləğv olunaraq təkrar istintaqa göndərilməsindən sonra az da olsa bəlli olur. Ümid edirik ki, bu iş bundan sonra qərəzsiz və vicdanlı şəkildə araşdırılmaqla təqsirkarlar öz layiqli cəzalarını almaqla qanun öz yerini tutacaqdır.

Ardı var.

Qanun-namine.info


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac