“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA
(19-08-2019, 10:57)

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMAMərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin (kontorlar) internet şəbəkəsindəki ekspansiyasıdır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qeyri-qanuni yollarla Azərbaycan ərazisində də fəaliyyət göstərməkdədir. Bunların arasında “1xBet” bukmeyker kontoru xüsusi canfəşanlığı ilə seçilir.

“Finans.az”ın araşdırmasına görə, fəaliyyətini əsasən Avropa ölkələri və postsovet məkanında təşkil edən “1xBet” bir çox ölkələrdə blok edilir, o cümlədən ABŞ və Rusiyada. Son olaraq bir neçə gün öncə onun Böyük Britaniyada fəaliyyəti dayandırılıb. Buna səbəb kontorun Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etməsi olub. Uşaqlar üzərində mərc qurmaq qanun pozuntusu olmaqla yanaşı, həm də etik normaya sığmayan haldır. Kontorun fəaliyyəti daim çoxsaylı şikayətlərlə müşayət olunur. Bunu daha aydın şəkildə “1xBet”in ən iri bazarlarından olan Rusiyanın timsalında görə bilərik. Bunun üçün bukmeyker kontorları ilə istifadəçilər arasında mübahisələrin həllində körpü rolu oynayan nüfuzlu “Bukmeykerlərin Reytinqi” servisinə daxil olan şikayətlərin təhlilinə nəzər yetirmək yetərlidir. Belə ki, servisin əsaslı hesab edib araşdırmasına başladığı 440 milyon rubl dəyərindəki pretenziyaların yalnız 3,6%-i kontor tərəfindən haqlı sayılıb, 93%-ə isə ümumiyyətlə, məhəl qoyulmayıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac