Elmlər Akademiyası bağında qurulan biznes...
(17-10-2019, 13:51)

Elmlər Akademiyası bağında qurulan biznes...Bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında və onun tabeçiliyində fəaliyyət göstərən institutların inzibati binalarında əsaslı təmir-bərpa işləri həyata keçirildi, həyət-bacalarında səliqə-səhman yaradıldı. Bütün bunlar, məhz hər kəsin xüsusi hörmət və ehtiramla yanaşdığı Elmlər Akademiyasına qarşı formalaşmış ictimai münasibətin dəyişdirilməsinə hesablanmış addımlar oldu. Çünki, bu ali ünvanın təmir olunmazdan öncəki vəziyyəti, həyət-bacasının ümumi görkəmi hər kəsi narahat edən məsələlərdən biri idi. Bəli, bu gün dəyişən mənzərəyə baxdıqca, sanki hər kəsdə fərqli yanaşmanın varlığını müəyyən etmək olur. Onu da unutmaq olmaz ki, vaxtilə ulu öndər Heydər Əliyev “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir” demişdir. Ona görə də akademiyanı qorumaq və saxlamaq, həm ümummilli, həm də ümumdövlət vəzifəsidir. Buna görə də, Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzunu daim uca tutmaq, onun adına ləkə gətirə biləcək hər bir addıma qarşı ciddi mübarizə tədbirləri aparmaq, hər kəsin əsas vəzifəsi olmalıdır.

Bu da bir həqiqətdir ki, ikinci dəfə müstəqillik hüququmuzu əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə gedən bütün ictimai-siyasi proseslərdə, həmçinin demokratikləşmə proseslərində olduqca yaxından iştirak etdi və bu gün də iştirak etməkdədir. Hal-hazırda akademiyanın müxtəlif institutlarında mükəmməl siyasi baxışlara malik alimlər çalışmaqdadırlar. Fakt budur ki, Azərbaycan cəmiyyətində elə bir hadisə tapmaq mümkün deyil ki, akademiya orda öz sözünü deməsin, nümayəndəsi keçirilən tədbirlərdə təmsil olunmasın.

Bütün bunlara baxmayaraq, akademiyanın əsaslı təmirindən sonra onun Azərbaycan Texniki Universitetinə tərəf olan hissəsində yeni bir kafe-çayxana fəaliyyətə başladı ki, bu da çoxlarını düşündürən məsələlərdən biri oldu. Çünki hələ sovet dönəmində akademiyanın əsas inzibati binasının birinci mərtəbəsində yeməkxana fəaliyyət göstərirdi və həmin yeməkxana lazımi tələbatı da ödəyirdi. Bu gün qeyd olunan yerdə kafe-çayxananın fəaliyyətə başlaması azmış kimi, həmin yerdə dönərxananın da fəaliyyət göstərməsi, artıq əndazənin aşılması demək oldu. Çünki, həmin dönərxanada bir ədəd dönər 1 manata satılır ki, bu da müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olur. Əvvala onu qeyd edəlk ki, dəyəri 1 manata olan dönərin satışı zamanı istifadə olunan ətin mənşəyi ilə bağlı şübhəli məqamlar, hər zaman mövcud olub. Baxmayaraq ki, hələ bir müddət bundan əvvəl aidiyyəti qurumlar dönərxanaların fəaliyyət göstərmələrini qadağan etmişdi. Çünki, dəfələrlə elə hallar olmuşdu ki, mənşəyi bilinməyən ətdən və digər məhsullardan hazırlanan dönərlər zəhərlənmələrə səbəb olmuşdu. Bu gün daha çox ali təhsil müəssisələrinin yerləşdiyi, müəllim-tələbə kontingentinin gəlib-keçdiyi bir yerdə, bir ədəd dönərin 1 manata satılması, yəqin ki, hansısa bir vaxtda faciələrə səbəb olacaq.

Təəssüf hissi ilə qeyd edək ki, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının ərazisində satışı həyata keçirilən dönərlərin tərkibi ilə bağlı şübhəli məqamlar əmələ gəlməkdədir və buna bir kimsə də reaksiya vermir. Digər tərəfdən, qeyd olunan yerdə istər kafe-çayxananın, istərsə də dönərxananın fəaliyyət göstərmələri, məhz ərazinin zirzibilə qərq olmasına da səbəb olur. Daha pis hal isə, qeyd olunan obyektlərdə kassa aparatının olmaması və bununla da vergi cinayətinə qol qoyulmasıdır. Tərəfimizdən apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, qeyd olunan ərazidə çayxana-kafenin, dönərxananın fəaliyyət göstərməsi, məhz AMEA-da işlər idarəsinin müdiri vəzifəsini daşıyan Fətəli Abdullayevin və adı çəkilən quruma məxsus şəhərciyin direktoru vəzifəsini icra edən Bayram Babayevin “xeyr-duası” ilə baş tutur. Belə bir xoşagəlməz durumun əmələ gəlməsi, müəyyən versiyaların formalaşmasına da səbəb olur. Bəlkə ki, kimlərsə o haqda da düşünürlər ki, AMEA-nın prezidenti cənab Akif Əlizadə adı çəkilən vəzifə sahibləri ilə heç cür bacara bilmir? O hal da xüsusi qeyd olunmalıdır ki, akademiyanın əvvəlki rəhbərliyinin vaxtında belə bir hoqqalara heç bir halda qol qoyulmurdu. Amma, indi fərqli zaman, fərqli rəhbərlik olduğundan belə bir olaylar yaşanır, bir kimsə də baş verənlərə reaksiya vermir. Ona görə də, bəlkə kimlərinsə düşündükləri əsl həqiqətlərdir.

Elmlər Akademiyasının bağında qurulan daha bir qazanc mənbəyi "Kaplan" adında qol gücünü yoxlamaq üçün qurğudur. Deməli, həmin bu qurğuya bərk zərbə ilə vurulan yumruq ətrafa çox qorxulu və diksindirici səs salmaqla insanların istirahətinə əngəl yaratmaqla məşğuldur. O an həmin ərazidə olan hamilə qadınlara, əl arabasında yatmış körpələrə və o cümlədən ahıl yaşlılara, xəstələrə necə də pis təsir etməsini özünüz düşünün.

Bu yöndə araşdırmamızı davam etdirəcəyik.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac