Ölkə əhlisinin 80%-i evsizdir – Bəs inşa olunan mənzillər kimindir?
(31-10-2019, 10:34)

Ölkə əhlisinin 80%-i evsizdir – Bəs inşa olunan mənzillər kimindir?Belə çıxır ki, Bakıda inşa olunan mənzillərin çox böyük hissəsi bir qrup adamların əlildə cəmləşib?
Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Azərbaycanda statistika görə ölkə əhalisinin 80%-nin evsiz olduğunun göstərilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Yayılan statistikaya görə Azərbaycanda hər 1000 nəfərdən 800-ü evsizdir, 200-ü isə ev sahibidir. Bakıda son 20 ildə milyonlarla kvadratmetr mənzil inşa olunsa da, statistika ölkə əhalisinin 80%-nin evsiz olduğunu göstərir.

Belə çıxır ki, Bakıda inşa olunan mənzillərin çox böyük hissəsi bir qrup adamların əlildə cəmləşib? Ümumiyyətlə dövlətin yürütdüyü mənzil siyasəti barədə nə demək olar və sosial evlər layihəsini uğurlu hesab etmək olarmı? Bu tipli layihələr 80% əhalinin mənzilə olan ehtiyacını hansı səviyyədə həll edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə müzakirə edib.

Ramil Osmanlı: “Orta hesabla Azərbaycanda 30-40 il yüksək səviyyədə tikinti getməlidir ki, biz dediyimiz göstəriciləri bərpa edə bilək. Amma bütün ailələrin tam olaraq mənzillə təmin olunacağı məsələsi başqa mövzudur”.

Hökumətin müəyyən sosial tipli ucuz mənzillər layihələrinin olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu layihələr Azərbaycanda hamı üçün, xüsusilə də orta və aşağı təbəqədən olan mənzilə ehtiyacı olan insanlar üçün deyil. Buna görə də həmin insanların nə vaxt mənzillə təmin oluncağını söyləmək bir qədər çətindir:

“Statistikanın hesabatında adam başına düşən mənzil göstərilir. Təsərrüfat hesabı ilə hesablansa, bu zaman hər min nəfərdən 700 nəfərin evinin olduğu müəyyən olunar. Yəni 300 nəfərin evsiz olduğu müəyyən olunar. Azərbaycanda statistik göstəricilər isə nəticə etibarı ilə təqribən hər üç ailədən birinin mənzilə ehtiyacı olduğunu göstərir. Eyni zamanda başqa statistik göstəricilərə nəzər salsaq görəcəyik ki, Azərbaycanda adam başına düşən mənzilin sahəsi 18 kvadrat metrdirsə, MDB ölkələrdə - yəni Rusiya, Qazaxıstan, Ukrayna, Belarus tipli ölkələrdə bu göstərici 25-27 kvadrat arasında dəyişir. Bu da o deməkdir ki, Azərbaycanda Mənzil Fondunun göstəricisi 180 milyon kvadrat metrdir və təqribən 70-90 milyon kvadtar metrə ehtiyac var. Ümumi mənzərə bundan ibarətdir.

Azərbaycanda 2007-2008-2009-cu illərdə orta hesabla il ərzində təqribən 4 milyon, 4,5 milyon kvadratmetr yeni mənzil fondu tikilib təhvil verirdisə, hal-hazırda bu göstərici 1,8-2 milyonu ötmür. Yəni göstərici 2 dəfədən çox azalıb. Bu da o deməkdir ki, orta hesabla Azərbaycanda 30-40 il yüksək səviyyədə tikinti getməlidir ki, biz dediyimiz göstəriciləri bərpa edə bilək. Amma bütün ailələrin tam olaraq mənzillə təmin olunacağı məsələsi başqa mövzudur.

Ramil Osmanlı: “Azərbaycanda 2007-2008-2009-cu illərdə orta hesabla il ərzində təqribən 4 milyon, 4,5 milyon kvadratmetr yeni mənzil fondu tikilib təhvil verirdisə, hal-hazırda bu göstərici 1,8-2 milyonu ötmür”.

Məlumdur ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Düzdür hökumətin müəyyən sosial tipli ucuz mənzillər layihələri var. Amma bu layihələr Azərbaycanda hamı üçün, xüsusilə də orta və aşağı təbəqədən olan mənzilə ehtiyacı olan insanlar üçün deyil. Buna görə də həmin insanların nə vaxt mənzillə təmin oluncağını söyləmək bir qədər çətindir.

Bunu hal-hazırkı orta aylıq əmək haqqı, eyni zamanda ümumi daxili məhsulun mənzil fondunun göstəricilərinə uyğunluğuna və digər məsələlərə nəzərən adekvat olaraq dəyərləndirəsi olsaq hesab edirəm ki, Azərbaycanda tam olaraq mənzil probleminin həlli üçün hələ yarım əsr vaxt lazımdır”.

Nərminə UMUDLU
pia.az


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac