Başçı barədə başı bəlalı Lerik
(9-01-2020, 16:47)

Başçı barədə başı bəlalı LerikLerik rayon Icra Hakimiyyətinin başçısı Rövşən Bağırov hər zaman mətbuatın gündəmində olan məmurlardan biridir. Onun haqqında indiyə qədər nələr yazılmayıb, nələr deyilməyib? Bu rayonunun sosial problemləri ilə bağlı mətbuatda illərdir yazılır. Amma problemlər həllini tapmır ki, tapmır. Rayonda baş verən özbaşınalıqlar, dövlət əmlakının talanması və Prezident İlham Əliyevin rayona ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi barədə məlumatlar ən çox diqqətçəkəndir. Görünür icra başçısı Rövşən Bağırov nə qədər bu vəzifədə qalacaqsa, vəziyyət o qədər də acınacaqlı olmaqda davam edəcək.
Avtovağzalı, idman kompleksi olmayan, rayonun mərkəzi küçələrindən birində antisanitariya hökm sürən, icra başçısı olan dövrdə Lerikdə baş verən zəlzələdən zərər çəkənlərin problemlərini qulaq ardına vuran, bəzilərinə heç bir yardım etməyən, yolları bərbad vəziyyətdə olan kəndlərin birində belə bir gün olmayan, cənab Prezidentin Şinəband, Orand, Nuravud və Zərdəbərə yollarının asvaltlanmasına ayırdığı pulları, yolların yarısına asvalt döşəyib, yarısına isə asvalt döşəməyib ayrılan vəsaitə şəxsi məqsədləri üçün qənaət edən, rayonda şəxsi biznes şəbəkəsi yaradan əlaltılarının köməyindən bəhrələnən, vətəndaşları qapı arxasında aylarla gözlətdirən, xidməti avtomobildən düşərkən özəl qapı açanları olan rayon icra başçısı Rövşən Bağırov, rayon sakinlərinin dərdinə yanmamaqda, onlara xidmət etməməkdə bir məsələni unudur ki, insanların gözü tərəzidir! Rayon vətəndaşları hər şeyi görür və məlumat verirlər. Prezident İlham Əliyev cənablarının hər bir vətəndaşın səsinə səs verəcəyini, ölkə başçısının rayon icra hakimiyyəti başçılarına ciddi son xəbərdarlığını, heç kimə güzəşt olunmayacağı barədə son mesajını, o cümlədən Ağstafa rayonunun İcra başçısı Nizaməddin Quliyevin həbsini cənab Rövşən Bağırov xatırlasa yəqin ki, onun üçün gec olmaz. Bir halda ki, rayonun İcra Başçısı varsa təhlükədə yaşayan vətəndaş (ailə) nə üçün mediaya üz tutmalıdır. İcra Başçısının borcudur ki, vətəndaşı dinləsin, problemini həll etsin. Görəsən şikayətçinin yaşadığı təhlükəli evdə cənab Başçı bir saniyə belə yaşaya bilərmi ? Əminliklə deyə bilərik ki, xeyr, nəinki yaşaya bilməz, heç bir saniyə belə yaşamaz! Bax reallıq budur hörmətli Rövşən Bağırov. Vətəndaşların arasına çıxın, səslərinə səs verin, problemlərini həll edin, rayonu inkişaf etdirin, insanlara qayğı göstərin! Bu cənab Prezidentin sizin qarşınıza qoyduğu əsas vəzifədir. Nə qədər gec deyil, şikayətçilərin problemlərini yerindəcə həll edib şikayətlərin qarşısını alın. Çünki şikayətlərin ardı-arası kəsilmir. Biz isə media olaraq araşdırmamızı davam etdirməklə oxuculara daha geniş məlumat verəcəyik.

Qanun-namine.info


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac