Babasının adına xələl gətirən nəvə
(17-01-2020, 13:09)

Babasının adına xələl gətirən nəvəƏslində, barəsində söz açacağımız şəxs Qbadlının Mirilər kənd sakini, rayonda tanınmış ocaq olan Mir Sədi Ağanın nəvəsi, babasının adını daşıyan Mir Sədidir.
Dünyada İslamofobiyanın hökm sürdüyü, bir çox xarici qüvvələrin İslama qarşı antitəbliğatın getdiyi, hər vəchlə bu dini gözdən salmaq kimi çirkli planlar hər zaman gündəm olub. Başqa dinlərin İslama qarşı çıxmaları təbii ki, haradasa başadüşüləndir. Amma, müsəlman və Seyid nəslindən olan bir şəxsin atdığı səhv addımlar, etdiyi xoşagəlməz əməllər bağışlanmazdır. Babasının adını daşıyan Mir Sədi də məhz belələrindəndir. Hazırda fəaliyyətləri dayandırıılsada bir vaxtlar Bakıda ağlasığmaz və çirkin fəaliyyətlərlə məşğl olan dini kurslar təşkil olunmuşdu. Məqsədləri, yetginlik yaşına çatmış qızları həmin kurslara cəlb etməklə, əslində əxlaqsızlıqla məşğul olurlarmış.
Ölkəmizin bir neçə bölgələrində və o cümlədən Beyləqan rayonunun Şərq qəsəbəsi də daxil olmaqla Sirik tayfaları yaşayır. İslam dininə bağlı olmaqla Azərbaycanda olan ocaq və pirlərə hədsiz sitayiş edənlər və inanalardır. Çox təəssüflər olsun ki, bu inamlardan sui istifadə edib öz çirkli məqsədləri naminə "iş görən" Mir Sədi olmuşdur. Beyləqan rayonun Şərq qəsəbəsində yaşayan həm yerli, həm də Siriklilər bu şəxsi üzdən və hansı nəsildən olduğunu tanımaqla, əslində onun "daxili aləmindən" məlumatsızdılar. Mir Sədi bu qəsəbədə məskunlaşmış Siriklilərdən olan yeniyetmə qızları dini kurslara cəlb edənlər arasında ən aktivi olmuşdur. Bu şəxs hətta öz qanuni ailəsindən aralanmaqla özundən təxmini 35-40 yaş kiçik olan bir qızla (bəzən 2 qızla da hallanır) qeyri-qanuni ailə həyatı qurmuşdur. Məsələ ilə əlaqədar qəsəbənin İcra nümayəndəsi Qasımov Fərhad Xudat oğluyla və Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məmmədova Yeganə Kərəm qızıyla əlaqə saxlasaqda, təəssüflər olsun ki, bu günə kimi sorğumuza cavab almamışıq. Onu da qeyd edək ki, İcra nümayəndəsi Fərhad Qasımov əksər faktların düzgünlüyünü telefon danışığı zamanı təsdiq etmişdi. Mir Sədinin cinayətdə adının hallanması ilə bağlı bir neçə şəxslərdən işdüzəltmə və digər məsələlərlə əlaqədar yuksək məbləğdə pul almasında da hallanır. Bu və digər faktlarla bağlı araşdırmamızı davam etdirməklə növbəti geniş yazı dərc edəcəyik.

Qanun-namine.info


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac