"Sənin boynunu əyri qoyub başını kəsərəm bir də Eldarın adını çəksən" - ŞİKAYƏT
(12-02-2020, 17:12)

"Sənin boynunu əyri qoyub başını kəsərəm bir də Eldarın adını çəksən" - ŞİKAYƏTBakı İcra Hakimiyyəti başçısı Eldar Əzizovun adı bir dələduzluq işində hallanıb. Daha doğrusu onun adını öz qohumu və sürücüsü olan, vətəndaşları aldadaraq pulunu mənimsəyən şəxs hallandırıb.
Hər halda cənab Əzizovun bundan xəbərdar olması lazımdır.
Azerinfo.tv-yə müraciət edən vətəndaş Vəlixanlı Gülnarə Qərəman qızı bildirib ki, 2019-cu ildə iki qızı ali məktəbdə təhsilini başa vurub. Ancaq iş tapmadıqlarından lazımi adamların axtarışına çıxıb.
Ona deyiblər ki, belə bir adam var, Baki meri Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü Həsən Zöhrəbəyov.
Gülnarə xanım oinunla görüşür. Həsən Zöhrəbəyov sürücüdən əlavə, onların qohumu olduğunu deyir: “Eldar əmim, Aydın əmim, onların qapısını sorğu-sualsız açıram, onlara görə yol patrul xidməti belə bunun maşınını saxlamır”.
Bundan sonra qadının güvəni ona artır.
Övladlarının sənədlərini Həsənə verir. Şərt bu olur ki, qızlardan birini “Dünya” məktəbinə fizika müəllimi, o birini “DOST” agentliyiə işə götürəcəklər.
Həsən onun yanında Aydın Əzizovla danışır, deyir ki, hər şey qaydasında olacaq.
Sonra başa salır ki, quru “sağ olla” heç kim işə düzəlmir. Pul lazımdır. Sonda Gülnarə xanım özü Aydın Əzizovla telefonda danışır. O vəd verir ki, nəinki qızlarını, hətta onun özünü də işlə təmin edə bilər:
“ Bu danışıq məndə güvəni lap da artırdı və o pulu notarial qaydada Həsənlə öz aramda imzalanmış notarius təsdiqi ilə ,borc adı ilə 11850 manat pulu verdim (17 iyul 2019-cu il 3M-1647 reyestrdə qeyd olunan sənəd üzrə). Həvəslə uşaqların işə çağrılmasını gözlədim. Ancaq nə xəbər, aylar keçdi, tətildi istirahətdədilər, əmim Aydın Moskvada uşağını müalicə üçün gedib ,nə bilim nə, bəhanələrlə iki ay keçdi. Bəzən zəngimi götürdü bəzən götürmədi ,əsəblərimlə oynaya-oynaya axır bir gün zəng vurdu ki, bəs nəhayət işə götürülürlər, 1500 manat çatmır .Onu da versək söhbət bitir. Yenə də imtina etdim, dedim işə çıxsınlar verərəm. Tülkü dili ilə notarius sənəd var, hara qaçacam nə bilim nə, əmiyə zənglər axır yenə 1500 manat verməmə səbəb oldu. Notarusda kağızın arxa tərəfinə Həsən öz xətti ilə yazdı ki, mən 1500 manat pulu bir daha götürdüm. “

Həmən ərəfədə Gülnarə xanımın Sumqayıt Dövlət Universteti Fizika Elektronika fakultəsinin 581-ci qrupunda oxuyan qohumu- İsmayılov Həmzə Adil oğlunun 13 kəsiri olduğu üçün əsgəri xidmətə çağırılır.
Oğlanın anası Lalə xanım Gülnarə Vəlixanlıdan xahiş edir ki, adam tapsın, oğlu əsgər getməsin. Gülnarə bunu Həsənə deyir. Həsən bildirir ki, Aydın Əzizovla danışar.
Nəticədə 4 min manatı Gülnarə xanıma verirlər, o da pulu 5-ci mkr-da gətirib Həsənə verir.
Elə o vaxtdan Həsən itir, zənglərə cavab vermir.
Gülnarə xanım yazır:
“Axır Eldar müəllimin qohumunu tanıyan bir xanımla rastlaşdım . Eldar Əzizovun qohumu Bəsirə xanıma zəng vurub vəziyyəti başa saldı və “adınız hallanır ayıbdı Gülnarə müəllimədir, iki uşaq anası, mədəni xanımdır, onun pulunu qaytarsınlar.” Bu söhbətdən sonra Bəhruz, vaxtı ilə Sumqayıt 9 nömrəli orta məktəbdə direktor işlədiyindən tanıdım (telefon nömrəsi 050 566 01 05) ortaya çıxdı mənə görüş təyin etdi. Mən də çox sevindim ,dedim mədəni ziyalı insan pulumu almağa köməyi dəyəcək, ancaq əksinə ilk görüşdən “sən niyə Eldarın Aydının adını çəkirsən, qorxmursan başına oyun gətirərlər, pulu Həsənə vermisən ondan da istə, mən sənə Həsəni tapacam pulunu ondan istə” dedi. Dedim yaxşı elə onun danışığından da tutdum ki, bunlar həqiqətən Həsənlə qohumdur, Həsəni də tanıyır, guya dələduzluğuna görə Aydın Həsəni işdən çıxarıb. Həsən hal -hazırda Qusardadır. Bir -iki gün Bəhruzdan zəng gözlədim ki, o məni Həsənlə görüşdürəcək. Ancaq nəinki görüşdürdü, mənim zəngimə cavab vermirdi. Bir gündə yenə mən; ”Eldar müəllimin qəbuluna gedirəm nə oyundur bu Həsən hanı?” deyə mesaj yazdım. Bəhruz zəng vurur, məni başımı kəsməklə hədələyir -“Sənin boynunu əyri qoyub başını kəsərəm bir də Eldarın Aydının adını çəksən” -buna çox pis oldum, tam ümidsizliyə düşdüm.”
Həsən hətta onu əxlaqsız videoların yaymaqla hədələyir. Halbuki həqiqətdə belə şey olmayıb.
Ardı var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Sənin boynunu əyri qoyub başını kəsərəm bir də Eldarın adını çəksən" - ŞİKAYƏT


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac