DSK sədrinin 7 qohumu məntəqə sədrləri imiş + SİYAHI
(18-02-2020, 14:55)

DSK sədrinin 7 qohumu məntəqə sədrləri imiş + SİYAHIAydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli 10 saylı Dairə Seçki Komissiyası (DSK) ilə bağlı maraqlı məlumat paylaşıb.

Qanun-namine.info xəbər verir ki, Qorxmaz İbrahimlinin məlumatına görə, DSK sədri İsgəndər Əliyevin əksər yaxın qohumları komissiyalarda vəzifə tutublar:

11 saylı Məntəqə Seçki Komissiyanda (MnSK) Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) – Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

12 saylı MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) – Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

17 saylı MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) – Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;

18 saylı MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) – Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;

24 saylı MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) – Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

25 saylı MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) – Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

36 saylı MnSK-da (“N” saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) – Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.

Xatırladaq ki, Qorxmaz İbrahimli fevralın 9-da keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu dairədən yenə də 73 yaşlı Madər Musayev deputat seçilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac