CİNAYƏTKAR ALƏMDƏ NÜFUZ SAVAŞI DAVAM EDİR
(4-06-2020, 12:24)

CİNAYƏTKAR ALƏMDƏ NÜFUZ SAVAŞI DAVAM EDİRSon zamanlar kriminal klanlar arasında olan savaş yeni mərhələyə qədəm qoyub desək, yanılmarıq. Bu isə özünü daha çox mətbuat səhifələrində biruzə verir. Belə ki, bəzi klanlara yaxın olan mətbu orqanlar, digər klanlara aid olan nüfuzlu şəxslər barəsində həqiqəti əks etdirməyən şər və böhtan xarakterli materiallar tirajlamaqdadırlar. Bu yönümdə hədəf seçilən şəxslərdən biri də "Albert Gəncinski" ləqəbi ilə tanınan qanuni oğru, həmyerlimiz Əli Heydərovdur. İlk öncə onu qeyd edək ki, "Albert Gəncinski" ləqəbli qanuni oğru Əli Heydərov hal - hazırda Rusiya dövlətinin cəzaçəkmə müəssisələrindən birində cəza çəkir. Yeri gəlmişkən onu da qeyd edək ki, "Albert Gəncinski" oğru dünyasında, o cümlədən Rusiya ərazisində böyük hörmətə və nüfuza sahibdir. Onun gənc yaşlarında bu qədər nüfuza və hörmətə sahib olması heç də təsadüfi deyil ki, bəzi rəqiblərini qıcıqlandırır, dolayısı ilə desək, onları narahat edir. Ona görə də özlərinə yaxın olan mətbu orqanlarda, o cümlədən sosial şəbəkələrdə "Albert Gəncinski" barəsində həqiqəti əks etdirməyən materiallar dərc etməyə çalışırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi mətbuat səhifələrində bildirilir ki, guya "Albert Gəncinski" ləqəbli qanuni oğru Əli Heydərov məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. Bu barədə redaksiyamız müəyyən araşdırmalar aparmışdır. Aparılan araşdırılmalar zamanı qanuni oğruya yaxın olan mənbələr məlumatın tam yanlış olduğunu bildirmişlər. Eyni zamanda onu da qeyd etmişlər ki, "Albert Gəncinski" hal - hazırda cəza çəkdiyi müəssisədədir. Düzdür, onun bu yaxınlarda azadlığa çıxması gözlənilir. Amma, barəsində bəhs edilən məhkəmə hələ olmayıb. Elə təkcə bu amil onu göstərir ki, məlumatlar məqsədli və məkrlidir.
Redaksiyamızı bilgiləndirən mənbə sonda onu da qeyd etmişdir ki, bu yanlış məlumatlar özlərini oğru aləminə güclə "pərçim" etmiş bir sıra cılız ünsürlərin dövriyyəyə buraxdıqları yalan məlumatlardır!


Qanun-namine.info araşdırma mərkəzi


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac