“Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq” –DİN-dən daha bir açıqlama
(4-08-2020, 15:17)

“Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq” –DİN-dən daha bir açıqlamaNazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Qanun-namine.info xəbər verir ki, bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək: “Postlardan yalnız ölkədaxili hərəkətinə“icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac