Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu –SƏRƏNCAM
(11-03-2019, 17:22)

Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu –SƏRƏNCAMElçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qanun-namine.info bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. “Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”-deyə sənəddə qeyd olunur.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olan Elçin Babayev 4 aprel 1965-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Naxçıvan şəhərində anadan olub.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri olub.


Ana səhifəyə qayıt
    Oxunub: 609

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac