Sosial Adaptasiya Mərkəzinin strukturu və işçilərin say həddi təsdiqləndi –Hökumətdən qərar
(14-03-2019, 11:44)

Sosial Adaptasiya Mərkəzinin strukturu və işçilərin say həddi təsdiqləndi –Hökumətdən qərarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi müəyyən edilib.

Qanun-namine.info Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Mərkəzin strukturu isə inzibati idarəetmə heyəti, Sosial reabilitasiyanın təşkili, Təsərrüfat və xidmət şöbələrindən ibarət olacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 1566

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac