Müəllimlərə sertifikatlar verilib
(14-03-2019, 13:27)

Müəllimlərə sertifikatlar verilibBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub.
BŞTİ-dən verilən məlumata görə, sertifikatlar 2018-2019-cu tədris ilinin noyabr-dekabr ayları ərzində maliyyə savadlılığının artırılması istiqamətində keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. BŞTİ və Mərkəzi Bankın birgə əməkdaşlığı ilə reallaşan təlimlərin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsi olub.

Müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.

Təhsildə maliyyə savadlılığına dair təlimlərin davam etdirilməsi nəzərdə tutulur.


Ana səhifəyə qayıt
    Oxunub: 2175

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac