Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
(2-04-2019, 15:18)

Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilibAzərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, artıq "Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları" adlı layihə hazırlanıb.

Onun sözlərinə görə, bu qaydalar "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.

Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:

"Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır".


Ana səhifəyə qayıt
    Oxunub: 1305

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac