Mehriban Əliyeva narahatlığa son qoydu:“Dövlətin nəzarətindədir”
(8-05-2019, 11:14)

Mehriban Əliyeva narahatlığa son qoydu:“Dövlətin nəzarətindədir”Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən qədim binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qanun-namine.info xəbər verir ki, Mehriban Əliyeva bu barədə instagram hesabında yazıb:

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq."

Qeyd edək ki, bina 1913-cü ildə, Skobelyevin təşəbbüsü ilə malakanların dua evi kimi inşa edilib. Hazırda binada “Salaam Cinema Baku” klubu fəaliyyət göstərir.

Özəlləşdirilən binanın son günlər söküləcəyi ilə bağlı şayiələr yayılıb. Bu səbəbdən klubun əməkdaşları artıq bir neçə gündür ki, həmin binada gecələyirlər.


Ana səhifəyə qayıt
    Oxunub: 1218

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac