İcra Hakimiyyəti ev sahibinə 31 min təklif etdi, “yox” cavabından sonra evi belə sökdülər –VİDEO
(10-05-2019, 14:36)

İcra Hakimiyyəti ev sahibinə 31 min təklif etdi, “yox” cavabından sonra evi belə sökdülər –VİDEOBakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, dalan 6, ev 3-də yaşayan ailənin evi onların icazəsi olmadan sökülüb.

Belə ki, bir müddət əvvəl Ələkbər Salamova aid, sahəsi 20 kvadratmetr olan evin sökülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ailəyə 31 min manat pul təklif edib.

Ancaq verilən məbləğlə razılaşmayan Salamovlar evlərinin sökülməsinə etiraz ediblər.

Ailə iddia edir ki, buna baxmayaraq, əlində heç bir rəsmi göstəriş olmadan özlərini Nəsimi RİH nümayəndələri kimi təqdim edən şəxslər evi söküblər.

Ailə deyir ki, icra nümayəndələri icazəsiz söküntü aparmaları ilə yanaşı, onlara güc tətbiq ediblər. Hazırda evsiz qalan Salamovlar ailəsi təklif olunan məbləğlə razılaşmır, əvəzində isə həmin ərazidən yeni ev tələb edirlər.

Baku TV-nin əməkdaşları ərazidə olan icra nümayəndələrindən məsələ ilə bağlı açıqlama almaq istəsələr də, icra nümayəndəsi suallara cavab verməkdən imtina edərək, ərazidən uzaqlaşıblar.
[media=//baku.tv/az/cemiyyet/8359/]


Ana səhifəyə qayıt
    Oxunub: 7221

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac