DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir
(21-05-2019, 15:26)

DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilirDOST konsepsiyası təkcə DOST mərkəzlərinə əyani müraciət edənlərə deyil, həmçinin müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 3306

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac