Bakıda 7 axşam qiyabi məktəbi ləğv olunacaq –Rəsmi
(31-05-2019, 18:09)

Bakıda 7 axşam qiyabi məktəbi ləğv olunacaq –Rəsmi“Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbləri ləğv olunacaq”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, buna səbəb 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsidir: “Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb.

Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq”.

F.Həmzıyev qeyd edib ki, axşam məktəblərində 18 yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı.


Ana səhifəyə qayıt
    Oxunub: 2784

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac