Prezidentin Mətbuat Xidmətinin məlumatı
(3-06-2019, 15:23)

Prezidentin Mətbuat Xidmətinin məlumatıAzərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.


Qanun-namine.info xəbər verir ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.


Ana səhifəyə qayıt
    Oxunub: 2871

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac