Ər və arvad eyni avtomobili sürərkən hansı sənəd tələb oluna bilər?- Açıqlama
(11-06-2019, 10:31)

Ər və arvad eyni avtomobili sürərkən hansı sənəd tələb oluna bilər?- AçıqlamaNikah şəhadətnaməsi ər-arvad üçün həm də etibarnamədir. Əgər ər və arvadın nikah şəhadətnaməsi varsa, etibarnamə olmadan ikisi də digərinin avtomobilini sürmək hüququna malikdir Ailə məcəlləsinin 32-ci, mülki məcəllənin 225-ci maddələrinə əsasən ər və arvadın birgə nikah dövrlərində əldə etdikləri bütün əmlaklar hər ikisinə aiddir. Qeydiyyat şəhadətnaməsində onlardan birinin adı varsa, o biri də sürə bilər. Bu hüquq ailə üzvlərindən yalnız ər-arvada aid edilir. Bu hüquq övlad üçün keçərli deyil. Bunu sübut etmək üçün sənəd tələb olunduğu zaman nikah şəhadətnaməsi təqdim edilməlidir.

Qeyd etmək lazımdır ki, təkcə nikah şəhadətnaməsənin göstərilməsi kifayət etmir. Avtomobil nikah bağlanmamışdan öncə alınıbsa və onun ümumi mülkiyyət hüququ yoxdursa, notarial qaydada təsdiq edilən daşınan əmlakın ümumi mülkiyyət hüququna malik olmasını göstərən sənəd olmalıdır.

Etibarnaməsi olmadan avtomobili sürən şəxs qaydaları pozduğu halda isə həmin inzibati protokol kimin adına yazılır?

Ərşad Hüseynov etibarnamə olmadan avtomobili sürən şəxsin qaydaları pozduğu halda protokolun hansı şəkildə yazıldığına əsasən dəyişdiyini bildirib.

"Etibarnaməsi olmadan avtomobili sürən şəxs qaydaları pozduğu halda yol polis müfəttişi saxlayıbsa, avtomobili kim sürürsə, cərimə həmin şəxsin üzərinə yazılır. Amma kameralardan müəyyən olunub elektron qərar gəldikdə DYP-nin mərkəzi informasiya sistemində istifadəçi kimi kimin adı qeyd olunubdursa, cərimə onun adına göndərilir. Əgər həmin qərardan sonra adına cərimə yazılan şəxs şikayət yazaraq sükan arxasında olmadığını müəyyənləşdirsə, həmin şikayət əsasında onun adına olan cərimə ləğv olunub faktiki olaraq sürən şəxsin adına yeni qərar tərtib edilir”, - deyə ekspert aydınlıq gətirib.


Ana səhifəyə qayıt
    Oxunub: 6873

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac