Ərizələrin və ya digər sənədlərin başqasına verilməsinə görə dövlət rüsumu tutulacaq- 5 manat
(3-07-2019, 18:58)

Ərizələrin və ya digər sənədlərin başqasına verilməsinə görə dövlət rüsumu tutulacaq- 5 manatƏrizələrin və ya digər sənədlərin başqasına verilməsinə görə 5 manat dövlət rüsumu tutulacaq.

APA-nın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanun layihəsinin 10-cu maddəsinin (Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri) 10.20-ci bəndi yeni redaksiyada verilir: “Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və ya kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) bu qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulacaq.

Sənədin hazırki variantı isə belədir: Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulur.


Ana səhifəyə qayıt
    Oxunub: 3654

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac