“Distant təhsil alanların Azərbaycanda diplomlarının tanınması mümkün deyil” –Təhsil Nazirliyi
(2-08-2019, 12:02)

“Distant təhsil alanların Azərbaycanda diplomlarının tanınması mümkün deyil” –Təhsil NazirliyiAzərbaycan qanunvericiliyinə əsasən, distant təhsilalma forması (tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır-red) üzrə xaricdə təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda o da bildirilib ki, doktorantura pilləsi üzrə xaricdə alınan ixtisasın nostrifikasiyası üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmalıdır.

“Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, – Nazirliyin məlumatında qeyd olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac