Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi
(5-11-2019, 14:23)

Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdiAzərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Qanun-namine.info xəbər verir ki, bu barədə Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Xanımı qeyd edib ki, Heydər Əliyev Fondundan ona zəng ediblər: "Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var".

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac