Şəhid ailəsinin bank girovluğunda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı ilə
(13-11-2019, 14:12)

Şəhid ailəsinin bank girovluğunda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı iləAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin “Xalq Bank” tərəfindən girov götürülən evi geri qaytarılıb.

“Report” xəbər verir ki, məlumatı “Facebook” sosial şəbəkəsində Səbinə Yusif adlı istifadəçi yayıb.

O bildirib ki, bir müddət öncə götürdüyü kredit borcunu ödəyə bilməyən şəhid ailəsinin mənzili “Xalq Bank” tərəfindən girovda olub.

Bununla bağlı şəhid ailəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Birinci vitse-prezidentin göstərişi və tapşırığı ilə mənzil şəhidin ailəsinə qaytarılıb.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub.

Xatırladaq ki, Ş.Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.
Şəhid ailəsinin bank girovluğunda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı ilə


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac