Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA
(18-11-2019, 08:50)

Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMAVəkil Cavid Sultanov örtük çəkilən avtomobillərlə bağlı cərimənin BDYPİ tərəfindən ləğv edilməsi barədə yayılan informasiyanı əsassız hesab edir.

E-huquq.az xəbər verir ki, bu barədə C. Sultanov açıqlama yayıb.

Açıqlamada bildirilir:

"Son günlərdə sosial şəbəkələrdə BDYPİ-nin adından yazıldığı göstərilən müraciətin mətni yayılmışdır. Bununla bağlı aşağıdakıları bildirmək istəyirəm:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 7-ci bəndinin Qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.

Göründüyü kimi, noyabrın 15-dən sonra qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət müəyyən edildiyindən və hazırda həmin normalar qüvvədə olduğundan icra olunmalıdır".


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac