Azərbaycanda cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir
(6-12-2019, 17:22)

Azərbaycanda cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdirAzərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Qanun-namine.info-nun məlumatına görə, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.

Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.

Ötən il ərzində müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı 2017-ci ilə (16 750) nisbətən azalsa da, bu kateqoriyadan olanlar arasında 30 və daha yuxarı yaşda cinayət törədənlərin sayı artıb.

2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2017-ci ildə 10 501-nin yaşı 30 və daha yuxarı olub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac