Türkmənçay müqaviləsi
(10-02-2020, 11:25)

Türkmənçay müqaviləsiTürkmənçay sülh müqaviləsi — Qacar imperiyasıilə Rusiya imperiyasıarasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 fevral1828-ci ildə Təbrizyaxınlığındakı Türkmənçaykəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İranİrəvan, Naxçıvan və Talışxanlığının özlərin də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olanİğdır bölgəsini əhatə edirdi.
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Peskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə müqavilə imzalanmasa rus qoşunları 5 günə Tehranı tutacaqdır.
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiyatərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac