Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI
(20-02-2020, 12:03)

Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHITəhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib.
“Report” xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Apellyasiya Şurasının sədri Təhsil nazirinin müavini Firudin Qurbanovdur.
Apellyasiya Şurasının üzvləri:
Muxtar Məmmədov - Aparat rəhbəri;
Fərzəli Qədirov - Aparat rəhbərinin müavini;
Anar Cəfərov - Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Eşqi Bağırov - İnsan resursları şöbəsinin müdiri;
Amil Əlili - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
Bəhruz Müslümov - Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac