Bu şəxsləri işdən çıxarmaq qadağandır - KATEQORİYA
(21-02-2020, 10:07)

Bu şəxsləri işdən çıxarmaq qadağandır - KATEQORİYAAzərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunub. Belə ki, istisna hallarda işəgötürən tərəfindən işçinin işdən çıxarılması qadağandır.
Qanun-namine.info-nun məlumatına görə, işdən çıxarılmasına qanunla yol verilməyən şəxslər bu kateqoriyaya aiddir:

- Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;

- Əmək qabiliyyətini müvəqqəti itirən işçilər;

- Şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilər;

- Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

- Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilər;

- Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac