AZƏRBAYCANDA UNİVERSİTETLƏRDƏ DƏRS İLİ UZADILDI –Detallar
(12-03-2020, 10:25)

AZƏRBAYCANDA UNİVERSİTETLƏRDƏ DƏRS İLİ UZADILDI –DetallarTəhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib.

Qanun-namine.info xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.

Məlumata görə, imtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.

Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün – 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac