TƏBİB koronavirusun əsas əlamətlərini açıqlayıb –VİDEO
(18-03-2020, 10:49)

TƏBİB koronavirusun əsas əlamətlərini açıqlayıb –VİDEO“Yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır. Xüsusi əlamətləri yoxdur”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib. O xəstəliyin əlamətlərini sadalayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxsaq, yeni koronavirus üçün ən çox qeyd olunan əlamət qızdırmadır. İkinci sırada quru öskürək, üçüncü yorğunluq, halsızlıq, digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır”,-deyə o bildirib.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac