Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı –CƏDVƏL
(2-04-2020, 14:06)

Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı –CƏDVƏLTəhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 3-nə olan cədvəli açıqlanıb.

Qanun-namine.info cədvəli təqdim edir.

Azərbaycan bölməsi

Saat 10:00-da Fiziki tərbiyə, saat 10:20-də XI sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix,Ədəbiyyat, saat 11:05-da VIII sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:45-də X sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:55-də IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Musiqi, saat 12:20-də III sinif üzrə Azərbaycan dili, Musiqi, saat 12:50-də isə II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, 13:10-da I siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi fənlərindən dərslər nümayiş olunacaq.

Rus bölməsi

Saat 14:00-da IV sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:25-də VIII sinif üzrə Kimya, Biologiya və Coğrafiya, saat 14.55-də IX sinif üzrə Kimya, Biologiya, Coğrafiya, saat 15:30-da isə X sinif üzrə Kimya, Riyaziyyat və Coğrafiya dərsləri yayımlanacaq.

Peşə təhsili üzrə teledərslərin cədvəlinə əsasən 16:30-da Geyim üzrə dizayner ixtisası – Klyoş ətəyin hazırlanması, 16:45-də Bərbər ixtisası – Dib boyası və saçların uzunluq boyu bərabər rənglənməsi dərsləri keçiriləcək.
Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı –CƏDVƏL


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac