Həcc ziyarəti təxirə salına bilər –Xəbərdarlıq
(2-04-2020, 14:34)

Həcc ziyarəti təxirə salına bilər –XəbərdarlıqSəudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin təxirə salına biləciyini elan edib.

Qanun-namine.info “Middle East Eye”-a istinadla xəbər verir ki, rəsmi Riyad koronavirus pandemiyası qorxusu ilə zəvvarları hazırlıq və səyahət sifarişlərini təxirə salmağa çağırıb.

2 milyona yaxın insan bu ilin iyul ayında başlanacaq həcc ziyarətini yerinə yetirməkdə tərəddüd edir. Krallıqda hazırda 1563 koronavirusa yoluxma və virusdan 10 ölüm qeydə alınıb.

Bir çox ölkələrdə olduğu kimi, Səudiyyə Ərəbistanında da xəstəliyin qarşısını almaq üçün özünütəcrid və komendant saatı rejimi tətbiq edilib, müqəddəs Məkkə və Mədinə şəhərlərinə giriş ciddi şəkildə məhdudlaşdırılıb.

Rəsmi Riyad ümrə ziyarətini dayandırıb.

Səudiyyə Ərəbistanının həcc və ümrə naziri Məhəmməd Salih bin Tahir Bantin açıqlamasında həyatlarında ən azı bir dəfə Həcc ziyarətini gözləyən müsəlmanların müqavilələr bağlamağa tələsməməyə çağırıb. “Dünyadakı müsəlman qardaşlarımızdan işlər aydın olana qədər müqavilələr bağlamazdan əvvəl gözləmələrini xahiş etdik. Mövcud şərtlərdə, krallıq müsəlmanların və vətəndaşlarının sağlamlığını qorumağa can atır”.

Nazir Həcc və Ümrə Nazirliyinin fevral ayının sonlarından səyahət agentliklərinə ümrə vizaları haqqının geri qaytarıldığını söyləyib.

Tarixdə Həcc ziyarəti bir neçə dəfə, o cümlədən XIX əsrdə baş verən vəba pandemiyaları zamanı ləğv olunub.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac