Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
(19-05-2020, 15:46)

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcəkMilli Məclisin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

“Report”un əldə etdiyi məlumata görə, xüsusi sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilməsi nəzərdə tutulub.

Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabatı müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək. İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac