Məktəbəhazırlıq qruplarına qəbul üçün müsahibə olacaq?- Nazirlik açıqladı
(3-06-2020, 17:29)

Məktəbəhazırlıq qruplarına qəbul üçün müsahibə olacaq?- Nazirlik açıqladıMəktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb.

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, tədris digər dillərdə olan I siniflərə qəbul üçün uşağın həmin dil üzrə şifahi nitq bacarıqları səviyyəsinin öyrənilməsi məqsədilə müsahibələr təşkil olunur. Müsahibələr valideynin seçiminə uyğun olaraq onlayn və ya birbaşa ünsiyyət qurma formasında təşkil olunur.

Onlayn müsahibələr zamanı valideyn müvafiq proqram təminatı vasitəsilə müsahibə komissiyası ilə bağlantı qurur. Hər iki müsahibə formasında (onlayn, canlı) uşağa verilən suallar eynidir. Uşaq onlayn müsahibələrə ev mühitindən (ona tanış olan) qoşulduğundan müsahibə zamanı özünü daha da sərbəst apardığı müşahidə olunur.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac