Dünyada koronavirus:yoluxma halları 15 milyonu, sağalanların sayı 9 milyonu ötüb
(22-07-2020, 18:14)

Dünyada koronavirus:yoluxma halları 15 milyonu, sağalanların sayı 9 milyonu ötübDünyada COVID-19 infeksiyasına yoluxanların sayı 15 milyon nəfəri, sağalanların sayı isə 9 milyon nəfəri ötüb.

Azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 21-də dünyada koronavirusa 239 min 113 nəfər yoluxub, 5 min 678 həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 15 milyon 101 minə, ölənlərin sayı isə 619 min 647 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 118 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 363 min xəstədən 63 min 634-nün vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 67 min 140 nəfər. Beləliklə Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 28 min 569 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur – 2 milyon 166 min 532 nəfər. Hindistanda 1 milyon 194 min, Rusiyada 783 min, Cənubi Afrika Respublikasında 381,8 min, Peruda isə 362 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 144 min 953 nəfər. İlk beşliyə daxil olan Braziliyada 81 min 597, Birləşmiş Krallıqda 45 min 422, Meksikada 39 min 485, İtaliyada isə 35 min 73 nəfər koronavirus səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,36 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən ediblər. Bu il martın 11-də yeni koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac