Almaniya Trampın Rusiyanı G8-in sammitinə dəvət etmək niyyətinə qarşı çıxdı –Səbəb
(27-07-2020, 13:52)

Almaniya Trampın Rusiyanı G8-in sammitinə dəvət etmək niyyətinə qarşı çıxdı –SəbəbAlmaniyanın xarici işlər naziri Hayko Maas ABŞ Prezidenti Donald Trampın Rusiyanı “Böyük Səkkizliy”in (G8) növbəti sammitinə dəvət edilməsi fikrinə qarşı çıxıb.

Bu barədə məlumatı “Tagesschau” yayıb.

“Rusiyanın buradan çıxarılmasına səbəb Krımın işğalı və Ukraynanın şərqinə girməsidir. Orada heç bir həllin olmadığı təqdirdə, Rusiyanın sammitə qayıtmasına heç bir şans yoxdur”, – nazir vurğulayıb.

Xatırladaq ki, Donald Tramp Rusiya ilə yanaşı, Avstraliya, Hindistan və Cənubi Koreyanı sammitə dəvət etmək təklifini irəli sürüb. ABŞ prezidentinin fikrinə həmçinin Kanada və Böyük Britaniya rəhbərləri də qarşı çıxıblar.

Qeyd edək ki, Rusiya 2014-cü ilədək Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-la birgə “Böyük Səkkizliy”ə daxil idi. Lakin Krımın ilhaqı və Ukraynadakı böhrandan sonra Rusiya həmin sıradan çıxarılıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac