Dünya növbəti pandemiyaya hazır olmalıdır –ÜST
(7-09-2020, 21:36)

Dünya növbəti pandemiyaya hazır olmalıdır –ÜSTDünya daha bir pandemiyaya daha yaxşı hazırlaşmalıdır.

“Reuters” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, dünya hökumətlərini ictimai səhiyyə sahəsinə sərmayə qoymağa çağırıb.

“Bu heç də son pandemiya olmayacaq. Epidemiyaların, pandemiyaların həyatımızın bir parçası olduğunu tarix bizə öyrədir. Lakin daha bir pandemiya gəlsə, dünya hazır olmalıdır, yəni indikindən daha yaxşı hazır olmalıdır”.

Qeyd edək ki, koronavirus pandemiyasına yoluxanların ümumi sayı 27,19 milyona çatıb ki, bunlardan 888 326 nəfəri dünyasını dəyişib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac