Yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək- Sentyabrın 28-dən
(23-09-2020, 16:58)

Yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək- Sentyabrın 28-dənSentyabrın 28-dən etibarən yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin viza üçün yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Qeyd olunub ki, martın 28-dən sonra Çində yaşayış icazəsinin müddəti bitən əcnəbilər Çinin səfirliklərinə və konsulluqlarına viza üçün müraciət edə biləcəklər.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar mart ayından etibarən müvəqqəti olaraq Çin vizaları və yaşayış izni olan əcnəbilərin ölkəyə girişini dayandırıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac