Fələstin hökuməti istefa verdi
(29-01-2019, 17:53)

Fələstin hökuməti istefa verdiBaş nazir Rami əl-Həmdallahın rəhbərlik etdiyi Fələstin hökuməti istefa verib.
Qanun-namine.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rami əl-Həmdallah özü nazirlər kabinetinin bugünkü iclasında bəyan edib. O, bildirib ki, özünün və hökumətin istefa ərizəsini Fələstin prezidenti Mahmud Abbasa təqdim edib.

İstefaya çıxan baş nazir onu da əlavə edib ki, Fələstin xalqının inamını və cəmiyyətdə təmsil olunan bütün fraksiya və qüvvələrin səmimi dəstəyini qazanan yeni nazirlər kabineti formalaşanadək hazırkı hökumət səlahiyyətlərinin icrasını və xalqa xidməti davam etdirəcək.

Qeyd edək ki, Rami əl-Həmdallah 2014-cü ildən bəri Fələstin hökumətinə başçılıq edib. Onun və hökumətin istefasının Qəzzadakı “Həmas” radikal hərəkatı ilə Ramalla arasındakı barışıq cəhdlərinə zərbə vuracağı istisna edilmir.


Ana səhifəyə qayıt
    Oxunub: 1305

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac