Türkiyə, Rusiya və İran prezidentləri Soçidə görüşəcəklər- Fevralda
(30-01-2019, 11:51)

Türkiyə, Rusiya və İran prezidentləri Soçidə görüşəcəklər- FevraldaTürkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında növbəti üçtərəfli görüş fevral ayında keçiriləcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, görüşdə Suriyadakı vəziyyət müzakirə ediləcək: “Bu görüşün tarixi hələ dəqiqləşdirilməyib. Ancaq tərəflər ilkin variant olaraq fevralın 23-də Rusiyanın Soçi şəhərində bir toplantı keçirməyi qəbul ediblər”.

M.Boqdanov deyib ki, Suriyanın yeni Konstitusiyasının hazırlanması üzrə Komitə yaxın zamanlarda fəaliyyətə başlayacaq. O, komitə üzvləri siyahısının hazırlandığını da bildirib.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri arasında sonuncu üçtərəfli görüş 2018-ci il sentyabrın 7-də İran paytaxtı Tehranda keçirilib.


Ana səhifəyə qayıt
    Oxunub: 1479

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac